Takaiçinin partiyası seçkidə qalib gəldi

9-02-2026, 10:38           
Takaiçinin partiyası seçkidə qalib gəldi
Yaponiyada növbədənkənar parlament seçkisində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiya bloku Nümayəndələr Palatasında çoxluq qazanıb.

Yenicag.az Yaponiya mediasına istinadla xəbər verir ki, səsvermənin ilkin nəticələrinə əsasən, LDP və Yaponiya İnnovasiya Partiyasının koalisiya bloku 465 yerlik palatada çoxluğu təmin etmək üçün tələb olunan 233 yerlik həddi keçib. Ehtimallara görə, hakim blok Nümayəndələr Palatasında yerlərin üçdəikisinə sahib olacaq.

ABŞ-nin Yaponiyadakı səfiri Corc Edvard Qlass xanım Sanae Takaiçini qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru