Trampın bu addımı iranlıları qəzəbləndirdi

10-02-2026, 12:44           
Trampın bu addımı iranlıları qəzəbləndirdi
İranda mövcud hakimiyyətə qarşı mənfi münasibət bəsləyən insanlar ABŞ prezidenti Donald Trampın rejimlə danışıqlara getmək qərarını xainlik kimi qiymətləndirirlər.

TEREF xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri məlumat yayıb.

Nəşri xatırladır ki, təxminən bir ay əvvəl Tramp İranda etirazçılara dəstək vəd etmişdi. Lakin indi məhz o, nüvə məsələləri üzrə Tehranla danışıqlara ABŞ nümayəndə heyətini göndərib. Bu, ABŞ-dan kömək gözləyən bəzi iranlılar arasında xəyanət hissi yaradıb.

“ABŞ prezidenti bizi aldatdı. Biz yeni saziş üçün yol açanlar olmamalı idik,” – deyə bir iranlı bildirib.

Qeyd edək ki, Tramp etirazlar başlandıqdan və hakimiyyətin onları sərt şəkildə yatırmasından sonra etirazçılara yardım vəd edib. Daha sonra o və administrasiyası diplomatik prosesə qoşularaq gərginliyi azaltmaq və ABŞ-İran münasibətlərində siyasi həll yolları tapmaq üçün danışıqlara gedib.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru