İsveçdə vətəndaşlıq almaq çətinləşir

10-02-2026, 15:44           
İsveçdə vətəndaşlıq almaq çətinləşir
İsveç hökuməti ölkəyə miqrant axınını azaltmaq planları çərçivəsində qaçqınlar üçün vətəndaşlıq qaydalarını sərtləşdirməyi planlaşdırır.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İsveç vətəndaşlığına müraciət edən şəxslərdən bundan sonra ölkədə hazırkı beş il əvəzinə səkkiz il yaşamaq tələb olunacaq. Bundan əlavə, müraciət edənlərin aylıq gəliri ən azı 20 min İsveç kronu (təxminən 2 200 ABŞ dolları) olmalı, həmçinin İsveç dili və mədəniyyəti üzrə bilik testindən keçməlidirlər.

İsveçin miqrasiya naziri Yohan Forssel bildirib ki, yeni tələblər mövcud qaydalarla müqayisədə xeyli sərtdir. Onun sözlərinə görə, hazırda vətəndaşlıq almaq üçün demək olar ki, ciddi tələblər mövcud deyil.

Agentliyin məlumatına əsasən, cinayət əməlləri olan şəxslər üçün vətəndaşlığa müraciət etməzdən əvvəl gözləmə müddəti də uzadılacaq. Xüsusilə, dörd il müddətinə azadlıqdan məhrum edilmiş şəxslər vətəndaşlıq üçün müraciət
etməzdən əvvəl 15 il gözləməli olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru