Ermənistan ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları ALDI

10-02-2026, 09:18           
Ermənistan ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları ALDI
Ermənistan ABŞ-dan hərbi təyinatlı pilotsuz uçuş aparatları (PUA) alıb. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan məlumat verib.
Ermənistan ABŞ-dan hərbi təyinatlı pilotsuz uçuş aparatları (PUA) alıb. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan məlumat verib.

Ajans.az xəbər verir ki, Paşinyan Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə nüvə energetikası sahəsində sülh əməkdaşlığını nəzərdə tutan memorandum imzalayıb. Vens bildirib ki, ABŞ texnologiyalarının başqa ölkələrə ötürülməsi nadir hallarda baş verir, lakin Ermənistan rəhbərliyinin apardığı siyasi kurs bu qərara etimad yaradır.

Qeyd olunur ki, TRIPP Fondu vasitəsilə Ermənistana iri həcmli özəl kapital yönəldiləcək: ilkin mərhələdə 5 milyard ABŞ dolları, ikinci mərhələdə isə əlavə 4 milyard dollar investisiya planlaşdırılır. Eyni zamanda, 11 milyon dollar dəyərində kəşfiyyat məqsədli pilotsuz texnologiyaların satışı da təsdiqlənib.

Paşinyan həmçinin Ermənistanın ABŞ-dan V-BAT tipli PUA-lar aldığını açıqlayıb. Onun sözlərinə görə, bu dronlar real əməliyyat təcrübəsinə malikdir və ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. V-BAT sistemləri ABŞ-ın Shield AI şirkəti tərəfindən istehsal olunur.

Baş nazir əlavə edib ki, fevralın 19-da Vaşinqtonda keçiriləcək “Sülh Şurası”nın ilk iclasında iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru