Pistorius: Ukraynaya 60 milyard avro xarici dəstək lazımdır

12-02-2026, 15:44           
Pistorius: Ukraynaya 60 milyard avro xarici dəstək lazımdır
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynanın cari ildə ehtiyaclarının qarşılanması üçün 60 milyard avro həcmində xarici yardıma ehtiyacı var.

APA xəbər verir ki, Pistorius bunu Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.

“Yalnız bu il Ukraynanın ehtiyaclarının təmin edilməsi üçün xarici dəstəyə tələbatı 60 milyard avro təşkil edir. Buna görə də həm ikitərəfli, yəni milli mənbədən, həm də Avropa mənbəyindən ayrılan hər milyard əhəmiyyətlidir”, – deyə nazir qeyd edib.

Nazir bəzi ölkələrin Aİ-nin Ukraynaya krediti ikitərəfli dəstəyin azalmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlarını bölüşdüyünü qeyd edib.

“Bu narahatlığı, əlbəttə ki, bölüşürəm, çünki bizə artıq mövcud vəsaitlərin üzərinə əlavə resurslar lazımdır”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru