Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi

17-02-2026, 11:44           
Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi
İsrail Baş naziri Binyamin Netanyahunun ofisi şübhəli zərf aşkar edib.

Teleqraf xəbər verir ki, zərfdə naməlum maddə olan ampulalar olub. "Ynet" xəbər portalı ofisin məsul şöbəsinə istinadən bildirib ki, zərfi açanların həyatına heç bir təhlükə yoxdur. Zərf müayinə üçün laboratoriyaya göndərilib.

"Bild" qəzetinin məlumatına görə, hökumət sözçüsü hadisəni təsdiqləməkdən imtina edib.

İsrail polisi də hələlik ampulalar haqqında yayılan xəbərlərə münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru