Axios: 90% ehtimalla bir neçə həftəyə İrana qarşı müharibə başlayacaq.

19-02-2026, 11:18           
Axios: 90% ehtimalla bir neçə həftəyə İrana qarşı müharibə başlayacaq.
Son saatlarda ABŞ Avropadakı bazalarda yerləşən yanacaq dolduran, erkən xəbərdarlıq və kəşfiyyat idarəetmə təyyarələrini Yaxın Şərqdəki ABŞ hərbi bazalarına göndərir. Cenevrədə İranla aparılan danışıqlar uğursuzluqla nəticələndiyi üçün ABŞ İrana qarşı güc tətbiqinə hazırlaşır və bunun üçün regionda çox ciddi qüvvə cəmləşdirib.
Axios nəşrinin mənbələri ehtimal edir ki, bu, böyük ehtimalla ABŞ və İsrailin birgə kampaniyası olacaq və "nöqtəli zərbələrdən" daha çox "tammiqyaslı müharibə"yə bənzəyəcək.
Diplomatiya bitib, danışıqlar predmeti çoxdan yoxdur, maraqlar toqquşması son dərəcədə güclüdür və bütün bunlar ABŞ-ın İrana qarşı hərbi əməliyyatı qaçılmaz edir.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru