BƏƏ və Səudiyyə Ərəbistanı İranı ərazilərinə endirilən zərbələrə görə qisas almaqla hədələyiblər VİDEO

28-02-2026, 18:03           
BƏƏ və Səudiyyə Ərəbistanı İranı ərazilərinə endirilən zərbələrə görə qisas almaqla hədələyiblər VİDEO
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi rəsmi açıqlamada ölkənin "İran ballistik raketlərinin açıq-aşkar hücumuna" məruz qaldığını açıqlayıb. Rəsmi açıqlamada raket qalıqlarının Əbu-Dabinin yaşayış məntəqəsinə düşdüyü və bir nəfərin öldüyü bildirilib.
Nazirlik bildirib ki, "BƏƏ bu eskalasiyaya cavab vermək və ərazisini, vətəndaşlarını və sakinlərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır".
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi "İranın açıq-aşkar təcavüzünü" pisləyib və BƏƏ, Bəhreyn, Qətər, Küveyt və İordaniya ilə tam həmrəyliyini ifadə edib. Həmçinin, bu cür "beynəlxalq hüququn pozulması" davam edərsə, ciddi nəticələrlə bağlı xəbərdarlıq edib.
Qətərin Müdafiə Nazirliyi silahlı qüvvələrinin hücumların ikinci dalğasını uğurla dəf etdiyini bildirib və zərbələri suverenliyinin "kobud şəkildə pozulması" adlandırıb. Nazirlik qeyd edib ki, Qətər həmişə İranla dialoqa çağırıb və ölkəyə hücumlar "heç bir əsaslandırma və ya bəhanə ilə qəbul edilə bilməz", çünki o, həmişə regional münaqişələrdən uzaqlaşıb.
Daha əvvəl İran regionun bir neçə ölkəsindəki Amerika hərbi hədəflərinə zərbələr endirmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru