Fransa Epşteynin Parisdəki mənzili ilə bağlı istintaqı yenidən açdı - 10 yeni qurban

Bu gün, 11:17           
Fransa Epşteynin Parisdəki mənzili ilə bağlı istintaqı yenidən açdı - 10 yeni qurban
Fransada amerikalı maliyyəçi Ceffri Epşteynin on yeni qurbanı aşkarlanıb.

Bizimesr.com bildirir ki, Fransa hakimiyyəti Epşteynin Parisdəki mənzili ilə bağlı istintaqı yenidən açıb. ABŞ- da maliyyəçi ilə bağlı sənədlərin dərc olunmasından sonra prokurorlar potensial qurbanları irəli çıxıb ifadə verməyə çağırıblar.

Bildirilir ki, ilin əvvəlindən bəri 20-dən çox insan irəli çıxıb. Onlardan bəziləri digər işlərdən məlum olub. "Amma biz həmçinin əvvəllər bizə tamamilə məlum olmayan yeni qurbanlar da aşkar etdik, onlardan təxminən on nəfəri", - deyə prokuror əlavə edib.

Fransadan kənarda yaşayan zərərçəkmişlərin ifadələri də daxil olmaqla, alınan məlumatlar hazırda yoxlanılır. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri dindirməyə və sübutları təhlil etməyə başlamağı planlaşdırırlar.

Maliyyəçinin işi ilə bağlı təxminən 1,5 milyon sənəd, o cümlədən onun adasına insanları göndərməkdə iştirak edə biləcək Fransadakı vasitəçilərini müəyyən etmək məqsədi ilə nəzərdən keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru