Almaniyada 27 min insan təxliyyə edildi - Bomba xəbərdarlığı
Bu gün, 12:18
Almaniyanın Pforzheim şəhərində İkinci Dünya Müharibəsindən qalma 1,8 tonluq bomba aşkar edilərək zərərsizləşdirilib.
Bizimesr.com bildirir ki, Oststadtda aşkar edilmiş İkinci Dünya Müharibəsindən qalma 1,8 tonluq bomba uğurla zərərsizləşdirilib. Əlavə edilib ki, kəşf yerli hakimiyyət orqanlarını ərazinin 1,5 kilometr radiusunda yaşayan təxminən 27.000 insanı təxliyə etməyə məcbur edib.
Ümumilikdə, sursatın utilizasiyası əməliyyatına təxminən 1500 yanğınsöndürmə, polis, xilasetmə və texniki xidmət işçisi cəlb olunub. Şəhər administrasiyasının və humanitar təşkilatların nümayəndələri də iştirak edib.