Almaniyada İkinci Dünya müharibəsi dövrünə yeddi bomba tapıldı - VİDEO

Bu gün, 12:18           
Almaniyada İkinci Dünya müharibəsi dövrünə yeddi bomba tapıldı - VİDEO
Almaniyanın Bitburq şəhərində İkinci Dünya müharibəsi dövrünə aid və ABŞ-yə məxsus yeddi bomba zərərsizləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.

"Bitburqda aparılan tikinti işləri zamanı İkinci Dünya müharibəsindən qalma bir neçə partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Minatəmizləmə qrupunun məlumatına görə, sursatlar 125 kiloqramlıq bir bombadan və altı ədəd 30 kiloqramlıq mərmidən ibarət olub ki, bunların hamısı ABŞ istehsalıdır", - deyə telekanal bildirir.

Sursatların zərərsizləşdirilməsi prosesinə 100-ə yaxın mütəxəssis cəlb olunub və əməliyyat bir saat davam edib. İşlərin həyata keçirildiyi müddətdə bombaların tapıldığı yerdən 300 metr radiusda yaşayan iki yüz yerli sakindən evlərini tərk etmələri xahiş olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru