Sumerlərin İkiçayarasına gəlişi m.ö 3500 il öncə.
18-05-2026, 12:04

E.ə. VIII minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyasıdır. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar.
İkiçayarasında Sumerlərdən (Şumer) əvvəl meydana gəlmiş mədəniyyətin yaradıcısı Prototürklərdir (Öntürklər). Sumerlər isə gəlmə xalq hesab edilir.
Sumerlərin mənşəyi haqqında çeşidli fərziyyələr irəli sürülmüşdür. Bəzi alimlər hesab edirdilər ki, bu xalq Orta Asiyadan Mesopotamiya ərazisinə gəlmişdir. Başqaları isə onların Qafqazdan, Hindistandan, hətta İndoneziyadan gəldiklərini iddia edirdilər. Ancaq onların Orta Asiyanın dağlıq ərazilərindən gəldikləri fərziyyəsi daha da məntiqli görünür. Buna dəlillərdən biri kimi, şumer tapınaqlarının (məbədlərinin) süni düzəldilmiş yüksəkliklərdə tikilməsini göstərirlər. Bu adət yalnız dağlarda yaşayan xalqların özəlliyidir. İsa Muğanna “İdeal” əsərində Sumerləri yerli Öntürklərdən hesab edir və Şumer- Şum Ərləri yəni şum edənlər, əkinçiliklə məşğul olanlar kimi izah edir. Bir çox türk və dünya tarixçiləri də bu fikirdədir. Bəzi tarixçilər Sumerləri Xəzər dənizi qıylarından, hətta Qobustandan İkiçayarasına köçdüklərini bildirirlər.
İkiçayarasında Uruk, Subar və Kəngər tayfa birlikləri Şumer, Akkad, m.ö 2-ci minillikdən əvvəl Qut imperiyasının tərkibinə qatılmış sonra Babil kimi dövlətlər mövcud olmuşdur. Daha sonra bu ərazilər Assuriya və indi İran adlandırılan coğrafiyada yaranan imperiyaların tərkibinə qatılmışdır.
Təvəkgül Nəbioğlu
TEREF




