Hizbullahın İsrail hərbçilərinə atdığı raketlər havada məhv edildi
Bu gün, 11:44
Hizbullah tərəfindən Livanın cənubunda yerləşən İsrail hərbçilərinə doğru atılan bir neçə raket hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. TEREF xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Ordunun açıqlamasına görə, insident nəticəsində xəsarət alan olmayıb.
Məlumata əsasən, raket hücumu Livanın cənubunda yerləşən İsrail bölmələrini hədəf alıb. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Son günlər İsrail-Livan sərhədində gərginliyin yenidən artdığı müşahidə olunur. Ekspertlər bölgədə qarşıdurmanın genişlənməsi riskinin davam etdiyini bildirirlər./Apa/