Çin Niderlandı ərazi suverenliyini pozmaqda ittiham edib

29-05-2026, 12:34           
Çin Niderlandı ərazi suverenliyini pozmaqda ittiham edib
Çin hökuməti Niderland hərbi gəmisinin Cənubi Çin dənizində ölkənin ərazi sularına daxil olduğunu bəyan edib.

"Kommersant" nəşri xəbər verir ki, söhbət Parasel adaları akvatoriyasından keçən "De Ruyter" freqatından gedir.

Bu arxipelaq üzərində nəzarət 1974-cü ildə Çin tərəfindən bərqərar edilib, lakin Vyetnam və Tayvan da adalara iddia irəli sürürlər.

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjay Şiçen freqatı Çinin ərazi suverenliyini, həmçinin dəniz və hava təhlükəsizliyini pozmaqda ittiham edib.

Niderland Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Çin tərəfinin ittihamlarını təkzib edirlər.

"Freqat ərazi sularında olmayıb. O, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir", - deyə Niderland HDQ-nin nümayəndəsi Marinka Hiraldo Vos-van Kooten bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru