Hökumət əhaliyə pul paylayır – Kommunal xərclər dövlət hesabına azalacaq

29-05-2026, 10:38           
Hökumət əhaliyə pul paylayır – Kommunal xərclər dövlət hesabına azalacaq
Yaponiya hökuməti iyul-sentyabr aylarında əhali üçün elektrik və qaz ödənişlərini azaltmaq məqsədilə subsidiya proqramı hazırlayır.

TEREF xəbər verir ki, subsidiyalar hesabına vətəndaşların aylıq kommunal xərcləri orta hesabla təxminən 5 min yen (təxminən 53 manat) azalacaq.

Məlumata görə, proqram üçün ayrılacaq ümumi vəsaitin 500 milyard yeni (təxminən 5,3 milyard manat) keçəcəyi bildirilir.

Qeyd olunur ki, əlavə büdcə Yaxın Şərqdə gözlənilən uzunmüddətli gərginlik fonunda enerji bazarındakı risklərə qarşı tədbir kimi nəzərdə tutulur. Müvafiq qanun layihəsinin gələn həftə parlamentə təqdim ediləcəyi gözlənilir.

Bildirilib ki, kommunal subsidiya fondunun bir hissəsi benzin qiymətlərinin dəstəklənməsinə yönəldiləcək. Hazırda subsidiyalar sayəsində ölkədə benzinin orta qiyməti litr üçün təxminən 170 yen (təxminən 1,8 manat) səviyyəsində saxlanılır. Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru