Aİ Ukraynaya yeni maliyyə yardımının ayrılmasını təsdiqlədi

29-05-2026, 15:44           
Aİ Ukraynaya yeni maliyyə yardımının ayrılmasını təsdiqlədi
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya 2.8 milyard avro məbləğində yeddinci makromaliyyə yardım tranşının ayrılmasını təsdiqləyib.

Oxu.Az Aİ Şurasının saytına istinadən xəbər verir ki, bu barədə yayımlanan rəsmi bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, sözügedən məbləğ Ukraynanın yeddinci tranşın əldə olunması üçün tələb olunan 20 addımdan 11-ni uğurla tamamlamasını əks etdirir.

Maliyyələşmə 2024-2027-ci illəri əhatə edən və ümumi həcmi 50 milyard avroya qədər nəzərdə tutulan Aİ proqramı çərçivəsində təqdim olunur. Vəsait Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsinə dəstək məqsədi daşıyır. Bundan əvvəlki, altıncı tranş - təxminən 2.3 milyard avro - 2025-ci ilin dekabrında Kiyevə köçürülmüşdü.

Xatırladaq ki, mayın 20-də isə Avropa Komissiyası ilə Ukrayna arasında Kiyevə 90 milyard avro kredit ayrılması ilə bağlı memorandum imzalanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru