İranın 1 milyard dollarlıq kriptoaktivi müsadirə olunub

Bu gün, 12:58           
İranın 1 milyard dollarlıq kriptoaktivi müsadirə olunub
ABŞ İranın təxminən 1 milyard dollarlıq kripto aktivlərini müsadirə edib.

Tribuna.az xəbər verir ki, bu açıqlama ilə ABŞ maliyyə naziri Skott Bessent Ronald Reyqan Prezident Fondu tərəfindən Kaliforniyada təşkil edilən iqtisadi forumda çıxış edib: “Düşünürəm ki, onların təxminən bir milyard dollarlıq kripto aktivlərini müsadirə etdik. Sadəcə pul kisələrini götürdük. Bəziləri hətta bunun oğurlandığının fərqinə belə varmaya bilər”.

Aprel ayının sonunda Bessent Vaşinqtonun Tehranla əlaqəli 500 milyon dollarlıq kriptoaktivləri dondurduğunu demişdi.

Qeyd edək ki, son illərdə ABŞ sanksiyalarına İran neftinin satışından əldə olunan vəsaitlərin krptoaktivlər formasında ödənilməsi praktikası geniş yayılıb. Bundan əlavə, İran silah istehsalı üçün lazım olan materialları da müxtəlif ölkələrdən bu aktivlərlə ödəniş etməklə alırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru