№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın - FOTOLAR

Bu gün, 11:34           
№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb -
Satışda olan №1 Çörək Zavoduna məxsus Maffin şirniyyatlarını kif basıb.

Bizimesr.com bildirir ki, məhsulun üzərində son istifadə tarixinin bitməsinə hələ vaxt qalsa da, şirniyyatlar istifadəyə yararsız vəziyyətə düşüb.

Alıcının bildirdiyinə görə, məhsul istehsal tarixindən cəmi 5 gün sonra kiflənib. Bu isə şirniyyatın hazırlanması zamanı istifadə olunan xammalın keyfiyyəti və saxlanma şəraiti ilə bağlı ciddi suallar yaradır.

Məsələ ilə bağlı məhsulun satışını həyata keçirən "Oba" marketdən bildirilib ki, məhsulun üzərində göstərilən istifadə müddəti keçməyibsə, məsuliyyət birbaşa istehsalçının üzərinə düşür.

Qeyd olunur ki, əgər məhsulun son istifadə tarixi keçməyibsə və buna baxmayaraq kiflənibsə, bu artıq istehsal prosesində və ya qablaşdırmada problem olduğunu göstərir.

İstehsal tarixindən qısa müddət sonra məhsulun kiflənməsi normal hal sayıla bilməz və bu, istehsalda köhnə və ya keyfiyyətsiz məhsullardan istifadə ehtimalını artırır. Məsələ ilə bağlı №1 Çörək Zavodunun mövqeyini dərc etməyə hazırıq.

№1 Çörək Zavodu Xəzri TN MMC-yə məxsusdur. MMC-nin direktoru İlkin Şabanovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru