Çempionlar Liqasında həlledici gecə: PSJ titulu qoruyacaq, yoxsa "Arsenal" tarix yazacaq?

Bu gün, 12:34           
Çempionlar Liqasında həlledici gecə: PSJ titulu qoruyacaq, yoxsa "Arsenal" tarix yazacaq?
Bu gün UEFA Çempionlar Liqasında - dünyanın ən nüfuzlu klub turnirində kubokun sahibi bəlli olacaq.

Oxu.Az xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində son çempion titulunu qorumaq istəyən PSJ ilə uzun illərdən sonra bu zirvəyə qayıdan və tarixində ilk dəfə bu kuboku muzeyinə aparmaq niyyətində olan "Arsenal" qitənin ən möhtəşəm matçında üz-üzə gəlirlər.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

30 may

UEFA Çempionlar Liqası

Final

Saat 20:00, PSJ - "Arsenal"

Budapeşt, "Puşkaş Arena".

Qeyd edək ki, UEFA-nın builki qərarı ilə finalın start vaxtı irəli çəkilib. Bundan öncəki sezonlarda Çempionlar Liqasındakı final oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürürdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru