Kürdə suyun səviyyəsi artmaqda davam edir: Sahilboyu kəndlər TƏHLÜKƏDƏ - VİDEO

Bu gün, 09:28           
Kürdə suyun səviyyəsi artmaqda davam edir: Sahilboyu kəndlər TƏHLÜKƏDƏ - VİDEO
Son günlər intensiv yağan yağışlar Kürdə suyun səviyyəsinin artmasına səbəb olub. Çayın sahilboyu ərazilərində yerləşən kəndlər bu vəziyyətdən təsirlənib.

Xəzər TV xəbər verir ki, çayda suyun səviyyəsi yüksəldikcə qrunt suları həyətlərə və bağlara dolur. Salyan rayonunun Pambıqkənd kəndi ərazisində bəzi evlərdə də bu cür fəsadlar yaranıb.

Sakinlərin bildirdiyinə görə, qrunt suları bağ və bostan sahələrini yararsız vəziyyətə salıb. Yaranmış vəziyyət onları ciddi narahat edir.

Yaranmış vəziyyətlə bağlı Qaraçala inzibati ərazi nümayəndəliyindən bildirilib ki, artıq rayon fövqəladə komissiyasına bu barədə məlumat verilib. Əraziyə baxış keçirildikdən sonra tədbirlər görüləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru