Qurban bayramı ilə bağlı statusuna görə tənqid etdilər

Bu gün, 11:31           
Qurban bayramı ilə bağlı statusuna görə tənqid etdilər
Türkiyənin “Avroviziya”dakı ilk təmsilçisi olan tanınmış müğənni Semiha Yankının Qurban bayramı ilə bağlı paylaşımı sosial mediada səs-küyə səbəb olub. Sənətçi bayramı qeyd etmədiyini açıq şəkildə ifadə edərək izləyicilərini iki hissəyə bölüb.

“Seninle Bir Dakika” mahnısı ilə yaddaşlarda qalan əfsanəvi ifaçı öz sosial şəbəkə hesabında “Bu bayram mənim bayramım deyil, ona görə də təbrik etmirəm” sözlərini yazıb. Bu fikirlərinə görə tənqid atəşinə tutulan Yankı geri addım atmayaraq, heç kimi sevməyə məcbur olmadığını və hər kəsin seçiminə hörmət edilməli olduğunu bildirib.

1975-ci ildə Türkiyəni beynəlxalq müsabiqədə ilk dəfə təmsil edən 17 yaşlı gənc qız kimi tarixə düşən ulduz, indi də bu kəskin çıxışı ilə gündəmin əsas mövzusuna çevrilib.//Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru