Rusiya Türkiyə gəmisini vurdu – Ankaradan REAKSİYA

Bu gün, 00:02           
Rusiya Türkiyə gəmisini vurdu – Ankaradan REAKSİYA
Ukraynanın Odessa limanından Türkiyəyə yük daşıyan Türkiyəyə məxsus, Vanuatu bayrağı altında üzən gəmiyə dünən gecə dron hücumu edilib və gəmidəki iki vətəndaşımız yüngül xəsarət alıb. Gəmidə işləyən vətəndaşlarımızın vəziyyəti Türkiyənin Odessadakı Baş Konsulluğu tərəfindən yaxından izlənilir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Qara dənizdə müharibənin region üçün yaratdığı risklər və təhdidlərlə bağlı narahatlıqlar, eyni zamanda bunun Türkiyəyə potensial mənfi təsiri ilə bağlı xəbərdarlıqlar bütün səviyyələrdə müvafiq tərəflərə çatdırılıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri PUA ilə Qara dənizdə Türkiyəyə məxsus mülki yük gəmisinə zərbə endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru