Erməni qadın bütün AİLƏSİNİ ÖLDÜRDÜ: Aralarında altı günlük qızı da var

Bu gün, 11:24           
Erməni qadın bütün AİLƏSİNİ ÖLDÜRDÜ: Aralarında altı günlük qızı da var
ABŞ-nin Los-Anceles şəhərində erməni ailəsinin dörd üzvünün cəsədləri aşkarlanıb.

TEREF xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumata görə, qadın əvvəlcə iki uşağını və ərini qətlə yetirib, daha sonra intihar edib.

31 yaşlı Xajak Basmadjyan, onun iki yaşlı oğlu Alek və altı günlük qızı Ella öldürülüblər. Uşaqların anasının 30 yaşında olduğu bildirilir.

Müstəntiqlər qadını mümkün şübhəli kimi nəzərdən keçirirlər. Polis şübhəlilərin axtarışının aparılmadığını və işin təsdiqlənmiş qətl və ardınca intihar kimi təsnif edildiyini bildirib.

Bildirildiyinə görə, Xajak Basmadjyan “BlackLine” şirkətində proqram mühəndisi kimi çalışıb./Yeni Sabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru