Hökməli evləri su basıb sakinlər evlərini tərk edib VİDEO

Bu gün, 00:11           
Hökməli evləri su basıb sakinlər evlərini tərk edib  VİDEO
Abşeron rayonu, Hökməli kəndində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.
XALQ-ın məlumatına görə,
sakinlər deyirlər ki, bəzi ailələr yaranmış ağır vəziyyət səbəbindən evlərini tərk etməyə məcbur olublar.
Ərazidə qalan insanlar isə uzun müddətdir çirkab suyun içində yaşadıqlarını və bunun onların sağlamlığına mənfi təsir göstərdiyini bildirirlər.
Ərazidə vəziyyət o həddə çatıb ki, sakinlər gündəlik işlərdə uzunboğaz çəkmələrdən istifadə etməyə məcbur qalıblar. Küçələr və həyətlər su ilə dolduğundan piyadaların normal hərəkəti çətinləşib.
Məlumata görə, daha əvvəl Abşeron Rayon İcra Hakimiyyəti gölün ətrafında xüsusi texnikalar vasitəsilə müvəqqəti bənd vurub. Lakin son günlərdə müşahidə olunan intensiv yağış və dolu həmin bəndin dağılmasına səbəb olub. Sakinlərə vəziyyətin qismən aradan qaldırılması üçün icra hakimiyyətinin nasoslar təqdim etdiyi, eyni zamanda yanacaqla təminatın həyata keçirildiyi bildirilir.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə verilən məlumata görə, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də yağışlı havalarda tez-tez subasma halları baş verir. Qurumdan bildirildi ki, gələcəkdə həmin ərazidə Baş plan əsasında layihənin icrası nəzərdə tutulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru