Tramp tibbi müayinədən keçdi: Həkim nəticələri açıqladı

Bu gün, 11:26           
Tramp tibbi müayinədən keçdi:
ABŞ Prezidenti Donald Trampın tibbi müayinəsi onun sağlamlığında hər hansı problemin olmadığını göstərib. Yoxlama nəticəsində müəyyən edilib ki, o, dövlət başçısının vəzifələrini yerinə yetirməyə qadirdir.

Oxu.Az xəbər verir ki, bu barədə Donald Trampın şəxsi həkimi Şon Barbarellanın Ağ Ev tərəfindən yayımlanan rəyində qeyd olunub.

Bildirilib ki, müayinə mayın 26-da Vaşinqtonun yaxınlığında yerləşən Uolter Rid adına hərbi-tibb mərkəzində keçirilib. Sənəddə vurğulanır ki, yoxlama D.Trampın yaxşı fiziki vəziyyətdə olduğunu, həmçinin ürək, ağciyər və sinir sisteminin normal fəaliyyət göstərdiyini təsdiqləyib.

"Tramp ali baş komandan və dövlət başçısı vəzifələrinin icrasına tam uyğundur", - deyə həkimin rəyində bildirilib.

Barbarella, həmçinin qeyd edib ki, amerikalı liderin koqnitiv və fiziki sağlamlığı yaxşı səviyyədədir. Həkimin fikrincə, Trampın gərgin iş qrafiki, o cümlədən yüksəksəviyyəli görüşlər, ictimai çıxışlar və fiziki aktivlik onun özünü yaxşı hiss etməsinə müsbət təsir göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru