Amerikalı alpinist Everestin fəthi üzrə yeni dünya rekordu qırdı - FOTO
Bu gün, 11:18
ABŞ-li alpinist Tayler Endryu oksigen balonundan istifadə etməklə Everestə dırmanma üzrə yeni dünya rekordu qırıb. Əvvəlki ən yaxşı nəticə 23 il əvvəl qeydə alınmışdı. Bu barədə "The Himalayan Times" nəşri məlumat verib.
Endryus dırmanışı mayın 28-də başa vurub. Dırmanış 9 saat 55 dəqiqə çəkib. Əvvəlki rekord - 10 saat 56 dəqiqə - isə Nepaldan olan Lakpa Qeluya məxsus olub. Everestin hündürlüyü 8848.86 metr təşkil edir.
Tayler Endryu bu rekordu qırmaq üçün son iki ildə altı dəfə cəhd edib. Daha əvvəl o, Everesti oksigen balonu olmadan fəth etməyə çalışıb.
2024-cü ilin sentyabr ayında Endryus Manasluya dırmanma üzrə sürət rekordu (8163 metr) qıraraq, dırmanışı əlavə oksigen olmadan 9 saat 52 dəqiqəyə başa vurub. O, həmçinin Fuci, Kilimancaro və digər zirvələrə də dırmanıb.