ABŞ-də 60 ildən sonra ətyeyən parazit aşkarlanıb

Dünən, 17:18           
ABŞ-də 60 ildən sonra ətyeyən parazit aşkarlanıb
ABŞ-də 1966-cı ildən bəri ilk dəfə isti qanlı heyvanlarla qidalanan ətyeyən parazit aşkarlanıb.

Bu barədə məlumatı BBC yayıb. Əvvəlcə Meksikada müşahidə edilən bu parazitin artıq Şimali Amerikaya keçdiyi bildirilir.

ABŞ-də ilk təsdiqlənmiş yoluxma halı Meksika sərhədindən təxminən 48 km aralıda yerləşən Texas ştatının La-Prayor şəhərində qeydə alınıb. Fermerlər xəstəliyin yayılmasının mal-qaranın sayının azalmasına, mal əti istehsalının düşməsinə və nəticədə qiymət artımına səbəb olacağından narahatdırlar. Sözügedən parazit insanlara və ev heyvanlarına da yoluxa bilsə də, insanlar üçün risk faktoru olduqca aşağıdır və belə hallara çox nadir rast gəlinir. Qeyd edək ki, bu milçək növü qida təhlükəsizliyi üçün birbaşa təhdid yaratmır. Yoluxma əsasən xəstə heyvanların daşınması zamanı baş verdiyi üçün ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Texas rəhbərliyi bölgədə 20 km uzunluğunda karantin zonası yaradıb.

Digər tərəfdən, Tayland tətilindən qayıdan Vladivostok sakini də gözlənilməz problemlə üzləşib. Qadının ayağında parazit aşkar olunub. Həkim-infeksionist və parazitoloq Anna Balandinanın sözlərinə görə, xəstəyə kiçik parazitlərin törətdiyi tropik xəstəlik - ankilostomoz diaqnozu qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru