"Səfəvi şahının məzhəbinə müxalif olsam da, Səfəvi şahını buraxıb Sultan Səlimə tabe olmaram"
Bu gün, 12:34

Bu sözlər kimə aiddi?
Yavuz Sultan Səlim, savaşdan öncə "İzzət Çapini (Osmanlı ordusu sərdarlarından) savaş üçün əşirət qüvvətləriylə ittifaq etməsi və hətta Şah İsmayılın özüylə görüşməsi üçün Qızılbaş dövlətinə göndərmişdi.
Buradakı əşirətlər öz iqtidar və müstəqilliklərini mənfi bir cavabla Sultan Səlimə yansıtdılar. Özəlliklə İzzət Çapin. ilə görüşdüyü zaman onu Osmanlı padşahının düşüncəsi xüsusunda xəbərdar etmişdi.
Qarabağî bir sandıqdan çıxardığı köhnə və kirli bir köynəyi ona göstərərək "bu, Sultan Səlim'in cəddinin başını kəsib qanını tökdüyü əmimin köynəyidir, qumral rənginə yaxşı baxın" dedi. Yenə bir kəmənd göstərərək "Sultan II. Mehmed mən daha anamın qucağında süd əmərkən bununla atamı boğdurdu" dedi və sözlərinə belə davam etdi:
"Sultan Səlim'lə eyni məzhəbdən olmama, Səfəvî şahının məzhəbinə müxalifət etməmə rəğmən şahdan heç bir pislik görmədim. İndi siz söyləyin mən necə Səfəvî şahını buraxıb da Sultan Səlimə tabe olum?"
Bəzi bizimkilər gözünə su versin..
Məmmədtağıbəy Nağıbəyov
Ədəbiyyat:
1. Stainttess ve Johnberg, Şah, Ceng-e İraniyân dar Çalderan ve Yunan, trc., Zebilullah Mansurî, Enteşarat-e Mejelle-e Khandeniha, 1343, s. 43
2. Ahmad Tacbahş, Tarih-e Safeviye, Enteşarat-e Navid, Şiraz 1373, s.103
Milli Kimlik

