İrandan müharibə xəbərdarlığı: Bu ərazilərə hücum başlaya bilər

Bu gün, 11:58           
İrandan müharibə xəbərdarlığı: Bu ərazilərə hücum başlaya bilər
İranın yüksək vəzifəli rəsmilərindən olan Möhsün Rzayi regiondakı vəziyyətlə bağlı sərt bəyanatlar səsləndirib.

Referans Media xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb. Rzayinin sözlərinə görə, əgər İrana qarşı tətbiq olunan dəniz blokadası davam etdirilərsə, Tehran münaqişənin coğrafiyasını genişləndirə bilər.

O bildirib ki, bu halda qarşıdurma Hind okeanı, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizi istiqamətlərinə yayıla bilər.

İranlı rəsmi həmçinin qeyd edib ki, sözügedən bölgələrdə yerləşən ABŞ hərbi bazalarına qarşı mümkün hücumlar Vaşinqton üçün daha böyük itkilərlə nəticələnə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru