KİV: Tramp Mərkəzi Kəşfiyyat İdarəsində ixtisarlara başlamaq tapşırığı verdi

Bu gün, 10:18           
KİV: Tramp Mərkəzi Kəşfiyyat İdarəsində ixtisarlara başlamaq tapşırığı verdi
ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsi (MKİ) rəhbərinin səlahiyyətlərini icra edən Bill Pulteyə qurumda işçi sayının azaldılması prosesinə başlanılması barədə göstəriş verib.

Bu barədə o, "The Wall Street Journal" qəzetinə açıqlamasında bildirib.

Tramp deyib ki, bu strukturu daha kiçik görmək istəyir və hazırkı sistemdə "yerində olmayan çox sayda insan" olduğunu düşünür.

Qəzetin məlumatına əsasən, ABŞ prezidenti MKİ-ni "lazımsız və ya həddindən artıq böyük" hesab edir. Bu qurum 18 kəşfiyyat agentliyi və bölməsini koordinasiya edir.

Tramp, həmçinin əlavə edib ki, gələcəkdə qurumun rolunun yenidən nəzərdən keçirilməsi istisna edilmir. O, hətta bəzi dövlət strukturlarının kiçildildiyini xatırladaraq, bu qurumun da ciddi şəkildə ixtisar oluna biləcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru