AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ... - Onlar niyə təltif olunmadı?

Bu gün, 00:11           
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ... -
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, bir qrup şəxs təltif olunub.

Onların arasında Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin, hətta sədr Zaur Mikayılovun xoşlanmadığı müşaviri Etibr Məmmədovun adı olsa da, nə Agentlik sədri Zaur Mkayılovun özü, nə qudaları - müşaviri Əsəd Şirinovla ADSEA-nın adı müxtəlif qalmaqallarda hallanan aparat rəhbəri Fuad Quliyevin adı siyahıda yoxdur.

Maraqlıdır, Prezident Agentliyin traybalzimə yuvarlanan rəhbər şəxslərini niyə kənarda qoyub?
Bu, bəlkə haqlarındakı saysız neqativ hallar və xəbərlər, o cümlədən yarıtmaz fəaliyyətlə bağlıdır?
Yeri gəlmişkən, sədr və qudaları ilə yanaşı, onların çox yaxın ətrafı da təltifdən uzaq qalıblar.

Məsələn, su təsərrüfatından bixəbər qaynı Ramil Abdurahmanovu Gəncə kimi böyük və strateji bir şəhərin Sukanal idarəsinə rəis müavini təyin etdirən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) sədr vəzifəsinin icraçısı Tahir Xəlilov da, Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin rəhbəri də, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tikinti idarəsinin rəisi Orxan Yasəf oğlu İmanlı və onun Şirvan Sukanal idarəsinə rəhbərlik edən bibisi oğlu və qudaların çevrəsinə yaxın Abşeron Sukanal İdarəsinin rəisi Etibar Nəbiyev və digərləri də təltif olunmayıblar.

Əlbəttə, bu, təsadüf ola bilməz. Görünür, cənab Prezidentin onları təltifdən kənarda saxlamasının çox ciddi səbəbləri var!

Mövzuya qayıdacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru