Hanı mənim arxamda duracaq, mənim sağlamlığımın keşiyində durmalı olan dövlətim???
Bu gün, 00:04

Əvəz Zeynallı bu xəstəliyə(xərçəngə) "bahalı xəstəlik" deyəndə haqlı imiş. İki gün öncə 1 paket trombositi məşhur bir klinikadan 555 manata alıb verdik xəstəxanaya ki, qardaşım oğluna köçürsünlər. (Uşaqda trombosit 2-yə düşüb)
Dünən səhər səbirsizliklə analizlərin cavabını gözləyirdim görək trombosit necə olacaq, qalxacaqmı. Amma çox təəssüf ki, yeni gələn analizin cavabında da eyni rəqəmi gördük. Trombositlərin sayı bir əmsal da yüksəlməmişdi. Həkimdən bunun niyə belə olduğunu soruşdum, dedi bəlkə keyfiyyəti yaxşı olmayıb.Dedi ən keyfiyyətli trombosit Mərkəzi Klinikada olur, istəyirsiniz ordan alın. Mərkəzi Klinikaya zəng vurub qanın qiymətini soruşduq, 1 paketini 800 manata dedilər.
TEREF yazır ki, bunu sosial şəbəkədə şəbəkə istifadəçisi Habil Azəri yazır.Habil bəy daha sonra yazır:
Təsəvvür edin ki, ondan ən az 7 paket lazımdır. İndi bunu ayda 350 manat maaşla 5 nəfərlik ailəni dolandırmağa çalışan qardaşım necə alsın. Təbii ki, biz də yolun sonunadək qardaşımla birgə olacağıq, nəyimiz var satıb balamızın sağlamlığı və dünyada tutuna bilməsi üçün xərcləyəcəyik.
Amma bəs dövlət hanı??? Hanı mənim dövlətim? Hanı mənim arxamda duracaq, mənim sağlamlığımın keşiyində durmalı olan dövlətim??? Bu ölkədə xərçəngə tutulan vətəndaş ayağındakı ayaqqabıya kimi satır.
Niyə belə olmadır ki? Axı heç bir inkişaf etmiş və etməkdə olan ölkələrdə belə şey yoxdur. Biz də inkişaf etməkdə olan ölkə deyilmiyik???
Nə deyəcəyimi bilmirəm artıq... Sözün də, ümüdlərin də, arzuların da bitdiyi yerdəyik((
Allah Röyal balamız da içində olmaqla bütün xəstə balalarımıza şəfa versin. Uşaqlarımız, gənclərimiz xəstələnməsin. Amin!
Habil Azəri
TEREF

