Xəstəliyi ağırlaşan Norveç şahzadəsi donor orqanı üçün növbəyə alınıb

Bu gün, 10:38           
Xəstəliyi ağırlaşan Norveç şahzadəsi donor orqanı üçün növbəyə alınıb
2018-ci ildə təhlükəli ağciyər fibrozu diaqnozu qoyulan 52 yaşlı Mette-Maritin sağlamlıq durumu kəskin şəkildə pisləşib. Kral sarayı Norveçin gələcək kraliçasının artıq donor orqanı gözləyəcəyini rəsmən bəyan edib.

Bu barədə kral sarayının açıqlamasına istinadən "El Pais" nəşri məlumat yayıb.

Həkimlər vəziyyəti kritik olaraq qiymətləndiriblər və xəstə transplantasiya üçün gözləmə siyahısına əlavə edilib. Xəstəliyin kəskinləşməsi səbəbindən vəliəhd şahzadə işinə davam edə və rəsmi tədbirlərə qatıla bilməyəcək.

Onun həyat yoldaşı şahzadə Hakon xəstə xanımının yanında olmaq məqsədilə Yaponiyaya səfərini yarımçıq saxlayıb. Cütlüyün 22 yaşlı qızı İnqrid anasına mənəvi dəstək olmaq üçün təcili olaraq Avstraliyadan vətənə qayıdıb. Ailə gümüş toy ildönümünün qeyd edilməsini təxirə salmaq məcburiyyətində qalıb. Bundan əlavə, Hakon Stokholmdakı mərasimlərdə iştirak etməyəcək.

Qeyd olunur ki, Mette-Marit son vaxtlar ictimaiyyət arasına yalnız oksigen maskası ilə çıxırdı. Monarx özü də əvvəllər çox narahat olduğunu etiraf etmişdi, çünki şahzadənin vəziyyəti getdikcə ağırlaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru