Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO

Bu gün, 10:08           
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Bakı Dairəvi Yolunda yaranan nasazlıq sürücülərə ciddi maddi ziyan vurur. Asfalt örtüyünün ortasından çıxan dəmirlər hərəkətdə olan avtomobillərin təkərlərini sıradan çıxarıb.

"Xəzər" TV xəbər verir ki, hadisə ilə üzləşən sürücü Əmrah Mirzəyev bildirib ki, hərəkətin intensiv olduğu bu yolda yaranan vəziyyət qəza riskini də artırır.


Sürücü qeyd edib ki, bu, həmin yolda onun başına gələn ikinci belə hadisədir. Gündəlik gəliri avtomobilindən asılı olan vətəndaş dəyən maddi ziyanın onu çətin vəziyyətdə qoyduğunu vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanan sorğu cavabsız qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru