Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq

Bu gün, 09:34           
Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola ilə mübarizə üçün 518 milyon dollar ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Biz sıfırdan başlamırıq: bu plan əvvəlki epidemiyalar və son səhiyyə fövqəladə halları ilə mübarizə təcrübəsinə əsaslanır", - deyə o bildirib.

ÜST-ün baş direktorunun sözlərinə görə, virusla mübarizə planı iyun-noyabr ayları arasında Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə birgə həyata keçiriləcək.

Qebreyesus vurğulayıb ki, Ebolanın qarşısının alınması siyasi öhdəlik, davamlı maliyyələşdirmə və yerli iştiraka etibar tələb edir.

Bundibuqyo ştammının yaratdığı yeni, kütləvi Ebola epidemiyası Afrikada sürətlə yayılır. İyun ayı etibarilə bölgədə mindən çox şübhəli yoluxma və 200-dən çox ölüm halı qeydə alınıb. Mərkəzi və Qərbi Afrikanın sıx meşələri əsas yayılma mərkəzi olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru