Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN

Bu gün, 08:27           
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Rusiya Ermənistanda hakimiyyətin demokratik prinsiplərə və seçki prosedurlarına əməl edəcəyinə ümid etdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında bildirilib.

Zaxarova qeyd edib ki, Moskva İrəvanın müxalifət nümayəndələrinin seçkilərdən kənarlaşdırılması istiqamətində addımlar atmaq cəhdlərini müşahidə edir. Onun sözlərinə görə, belə bir qərar Ermənistandakı bütün seçki prosesinin legitimliyini şübhə altına qoya bilər.

Diplomat vurğulayıb ki, müxalif qüvvələrin seçkilərdə iştirak imkanlarının məhdudlaşdırılması demokratiya prinsiplərinə zidd addım kimi qiymətləndirilə bilər.

“İrəvanda demokratik prosedurlara yalnız sözlə deyil, əməldə də riayət olunacağını gözləyirik. Ermənistan hakimiyyəti indiyədək hər fürsətdə bu prinsiplərə sadiqliyindən danışıb”, - deyə Zaxarova bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru