"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 08:05
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi “Ağdam rayonunun Xıdırlı kənd qəbiristanlığında tikinti – quraşdırma işləri”nin satın alınması məqsədilə tender elan edib.
32gun.az xəbər verir ki, sözügedən kənd qəbiristanlığında aparılacaq tikinti-quraşdırma işlərinin ümumi ehtimal olunan qiyməti isə rəsmi olaraq 622 min 695 manat 31 qəpik (622.695,31 AZN) məbləğində müəyyən edilib.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.
Xatırladaq ki, Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan "Sea Breeze"də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.
Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.