Azəriqaz SOCAR Təlim-Təhsil Mərkəzinin verdiyi sertifikatı tanımır, müharibə veteranını isə uyğun namizəd hesab etmir?
Bu gün, 12:41

Əziz və dəyərli izləyicilər!
Bildiyiniz kimi, mən bu yaxınlarda adım SOCAR-ın Sumqayıt Təlim-Tədris Mərkəzində olduğu halda, Azəriqazın Ağsu Regional Qaz İstismar İdarəsində Sayğac Əməliyyatları Xidmətinin mühəndisi kursunda iştirak etdim. Kursdan sonra test imtahanı oldu. İmtahan zamanı mənə deyildi ki, keçid balı 17-dir və mən 25 sualdan 21-nə düzgün cavab yazdım.
Həmçinin mən bu yaxınlarda Azəriqaz İB-nin Kadrlar Şöbəsinin nümayəndələri ilə görüşdə olmuşam. Həmin görüş zamanı mənə bildirildi ki, təhsil ixtisasım Göyçay rayonu üzrə vakant olan Sayğac Əməliyyatları Xidmətinin 11-ci dərəcəli böyük mühəndisi vəzifəsinə mövcud qaydalara əsasən uyğun hesab edilmir.
Azəriqazın Kadrlar Şöbəsinə açıq sualım var: Əgər mənim təhsilim, peşə hazırlığım və SOCAR Təlim-Təhsil Mərkəzində keçdiyim kurs əsasında əldə etdiyim Sayğac Əməliyyatları Xidmətinin mühəndisi sertifikatım mövcuddursa, nə üçün yaşadığım Göyçay rayonu üzrə həmin vakant vəzifəyə uyğun namizəd hesab edilmirəm?
Əgər SOCAR Təlim-Təhsil Mərkəzinin verdiyi sertifikat və peşə hazırlığı bu vəzifəyə uyğunluğun müəyyən edilməsində nəzərə alınmırsa, onda həmin kursların və sertifikatların əhəmiyyəti nədən ibarətdir?
Mənə elə gəlir ki, Azəriqazın kadrları ölkə Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müharibə veteranları ilə bağlı verdiyi tapşırıqlara əməl etmir, onlara hörmətsizlik göstərir, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd davranış nümayiş etdirirlər.
Dasqin Abbasov
TEREF

