Ermənistanda parlament seçkisi keçirilir - VİDEO

Bu gün, 10:18           
Ermənistanda parlament seçkisi keçirilir - VİDEO
Ermənistanda parlament seçkisi başlayıb.

TASS xəbər verir ki, yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə uyğun gəlir - red.) ölkə üzrə 2 500 seçki məntəqəsi açılıb.

Seçkidə iştirak etmək üçün 16 partiya və 2 blok qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, 2.5 milyon vətəndaşın səsvermə hüququ var. Seçici fəallığının göstəricisindən asılı olmayaraq səsvermə baş tutmuş hesab ediləcək - yeni seçki məcəlləsi ilə hər hansı bir minimal hədd müəyyən edilməyib.

Məntəqələr saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri növbəti gün, yekun nəticələri isə ən geci yeddinci gün elan edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru