İsrail Qəzzada əməliyyat keçirdi: HƏMAS komandirinin öldürüldüyü bildirilir

Bu gün, 11:04           
İsrail Qəzzada əməliyyat keçirdi:
İsrail Müdafiə Ordusu (SAXAL) iyunun 6-na keçən gecə Qəzza zolağının cənubunda hava əməliyyatı həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyatın məqsədi HƏMAS-ın hərbi qanadına aid qrupdan qaynaqlanan təhlükəni zərərsizləşdirmək olub.

SAXAL-ın məlumatına görə, hava zərbəsi nəticəsində həmin bölmənin komandiri olduğu iddia edilən Muhanad Osman Yasin Farvana öldürülüb.

İsrail hərbçilərinin iddiasına əsasən, Farvana müharibə dövründə, eləcə də son günlərdə İsrail ordusuna və İsrail dövlətinə qarşı hücum planlarının hazırlanmasında iştirak edib.

Ordunun açıqlamasında qeyd olunub ki, onun fəaliyyəti bölgədə əməliyyat aparan İsrail qüvvələri üçün birbaşa təhlükə yaradırdı. Bu səbəbdən hava zərbəsinin endirilməsi barədə qərar qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru