Alimlər Yer kürəsinin gizli "tarazlıq oxu"nu aşkarladılar

Bu gün, 12:34           
Alimlər Yer kürəsinin gizli "tarazlıq oxu"nu aşkarladılar
ABŞ alimləri Yer kürəsini iki güzgüvari oxşar hissəyə ayıran şərti "tarazlıq oxu"nu müəyyən ediblər. Lakin mütəxəssislər hesab edirlər ki, sürətlənən iqlim dəyişiklikləri bu təbii balansı poza bilər.

SHOT kanalı xəbər verir ki, 25 il ərzində peyklərdən toplanmış məlumatların təhlili nəticəsində müəyyən edilən xətt Afrika, Avropa, Alyaska və hər iki qütbdən keçir.

Bu sərhədin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Yer kürəsini kosmosa təxminən eyni həcmdə Günəş radiasiyası qaytaran iki hissəyə bölür. Bu simmetriya - planetin Günəş işığını əksetdirmə qabiliyyəti (albedo) onun isinməsinə birbaşa təsir göstərir.

Hazırda bu xəttin hər iki tərəfində buludların, açıq su hövzələrinin və Günəş şüalarını əks etdirən səthlərin miqdarı demək olar ki, eynidir.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, qlobal istiləşmə bu həssas tarazlığı poza bilər. Belə olduğu təqdirdə, Yer kürəsinin bir hissəsi daha çox istilik toplamağa başlayacaq. Bu isə qasırğaların hərəkət marşrutlarına, yağıntıların paylanmasına, okean axınlarının dinamikasına və ekstremal hava hadisələrinin sayına təsir göstərə bilər.

Hələlik "tarazlıq oxu" dəyişməz qalır. Alimlər isə onu Yer kürəsində baş verən iqlim dəyişikliklərinin miqyasını qiymətləndirmək üçün yeni göstərici kimi istifadə etməyi təklif edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru