ABŞ-dən Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb

Bu gün, 00:04           
ABŞ-dən Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb
ABŞ-nin müdafiə naziri Pit Heqset hesab edir ki, Vaşinqtonun Avropadakı müttəfiqləri təhlükəli ideologiyaların hücumu ilə üz-üzədirlər.

O,Fransanın şimalında müttəfiq qoşunların Normandiya desant əməliyyatı zamanı sahilə çıxmasının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bu barədə danışıb.

"Təəssüf ki, bu gün Avropanın digər sahilləri başqa təhlükəli ideologiyaların təzyiqi altındadır. İspaniyaya, İtaliyaya, Yunanıstana və Bolqarıstana qayıqlarla insanlar gəlir", - deyə o bildirib.

Heqset bununla Avropa ölkələrinə yönələn qeyri-qanuni miqrasiya axınını nəzərdə tutduğunu vurğulayıb.

"Avropa paytaxtlarında bu hücuma qarşı nə vaxt tədbir görüləcək? Yoxsa artıq çox gecdir? Mən belə düşünmürəm", - deyə o qeyd edib.

"Biz müttəfiqlərimizi dəstəkləyirik və gözləyirik ki, müttəfiqlərimiz də bizi dəstəkləməyə qadir və hazır olsunlar", - deyə Pentaqon rəhbəri əlavə edib.(oxu.az)

Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru