Portuqaliya millisinin futbolçusu rəqibinin üzünə zərbə endirib - VİDEO

Bu gün, 10:08           
Portuqaliya millisinin futbolçusu rəqibinin üzünə zərbə endirib - VİDEO
Portuqaliya millisinin hücumçusu Rafael Leau Çiliyə qarşı keçirilən yoldaşlıq oyununda qırmızı vərəqə alıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, insident birinci hissəyə əlavə olunmuş vaxtın ilk dəqiqəsində baş verib.

Məlumata görə, Leau əvvəlcə Çili millisinin müdafiəçisi İvan Romani bir neçə dəfə itələyib, daha sonra isə onun üz nahiyəsinə zərbə endirib. Nəticədə hər iki futbolçu qeyri-idman hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Portuqaliyada keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Portuqaliya milli komandası hazırda 2026 FIFA dünya çempionatına hazırlaşır. Çili millisi isə mundiala vəsiqə qazana bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru