Konqoda Ebolanın yayılması "qlobal pandemiyanın çarçısı" adlandırılıb

Bu gün, 12:04           
Konqoda Ebolanın yayılması "qlobal pandemiyanın çarçısı" adlandırılıb
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması dünya üzrə mümkün yeni genişmiqyaslı pandemiyanın çarçısı kimi qiymətləndirilib.

Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Bildirilib ki, bu, beynəlxalq səhiyyə proqramlarına ayrılan maliyyənin azalması və elmə olan ictimai etimadın zəifləməsi fonunda baş verir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Konqo DR-in İturi bölgəsinə səfəri zamanı vəziyyəti "xəstəlik və münaqişənin təhlükəli qarışığı" kimi xarakterizə edib.

Məlumata görə, infeksiya artıq sərhədləri keçməyə başlayıb və qonşu Uqandada yoluxma halları qeydə alınıb. Həmçinin BƏƏ-də xəstəlik şübhəsi olan bir şəxs aşkarlanıb, ABŞ vətəndaşı olan missioner isə müalicə üçün Almaniyaya təxliyə edilib.

Mütəxəssislər bildirirlər ki, hazırda yayılan ştam (Bundibugyo ştamı) çox nadir hallarda qeydə alınıb və bu variantla bağlı mövcud vaksin və müalicə vasitələrinin effektivliyi məhdud ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru