2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

Bu gün, 11:54           
2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular
Kriştianu Ronaldo ötən 12 ay ərzində təxminən 1 milyard dollar qazanan 11 futbolçudan ibarət siyahıya başçılıq edir.

Portuqaliya millisi iyunun 17-də Konqo Demokratik Respublikası ilə qarşılaşarkən, Kriştianu Ronaldo yenidən karyerasında əldə edə bilmədiyi ən böyük uğurun ardınca gedəcək. Hazırda 41 yaşı olan futbolçu daha əvvəl beş dəfə dünya çempionatında çıxış edib, lakin heç vaxt çempion titulunu qazana bilməyib. Bununla belə, altıncı dünya çempionatı iştirakında bu uğura nail olub-olmamasından asılı olmayaraq, o artıq başqa bir zirvənin sahibidir.

Ronaldo 2026-cı il dünya çempionatının ən yüksək qazanc əldə edən futbolçusudur. O, vergilər və menecer komissiyaları çıxılmadan son 12 ay ərzində təxminən 295 milyon dollar qazanıb.

Bu gəlirin əsas hissəsi onun 2023-cü ildə qoşulduğu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundakı müqaviləsindən qaynaqlanır. Futbolçu yeni ikiillik müqavilə sayəsində meydandakı fəaliyyətindən təxminən 230 milyon dollar əldə edib. Bundan əlavə, "Nike", "Herbalife" və "Binance" daxil olmaqla müxtəlif tərəfdaşlarla əməkdaşlıqdan ildə təxminən 65 milyon dollar qazanır.

Bu vəziyyət Ronaldo üçün yenilik deyil. O, son üç idünyanın ən çox qazanan idmançıları siyahısına rəhbərlik edib. Karyerası ərzində qazancı inflyasiya nəzərə alınmadan 2,1 milyard dollara çatıb ki, bu da futbol tarixində rekord göstəricidir.

"Bloomberg" onun sərvətini 1,4 milyard dollar qiymətləndirir.

Argentina millisinin lideri Lionel Messi də artıq milyarder idmançılar sırasına qoşulub. "Bloomberg"ə görə onun sərvəti 1 milyard dolları ötüb. 38 yaşlı futbolçu son bir ildə 140 milyon dollar qazanaraq siyahıda ikinci yerdə qərarlaşıb. O, meydandan kənarda da çox uğurludur və "Michelob Ultra", "Stanley 1913" və "Lowe’s" kimi brendlərlə əməkdaşlıqdan ildə təxminən 70 milyon dollar gəlir əldə edir.

Fransa millisinin hücumçusu Kilian Mbappe ümumi 100 milyon dollar qazanc ilə üçüncü sıradadır. O, 2026-cı il dünya çempionatına qatılan və illik qazancı 100 milyon dolları aşan yeganə digər futbolçudur. İlk beşliyi Norveçdən Erlinq Holand (80 milyon dollar) və Braziliyadan Vinisius Junior (60 milyon dollar) tamamlayır. Siyahıdakı 11 futbolçunun ümumi qazancı son bir ildə 966 milyon dollar təşkil edib.

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular:

1.Kriştianu Ronaldo (Portuqaliya, "Əl-Nəsr") — 295 milyon dollar

Meydanda: 230 milyon dollar
Meydandan kənarda: 65 milyon dollar

2.Lionel Messi (Argentina, "İnter Mayami") — 140 milyon dollar

Meydanda: 70 milyon dollar
Meydandan kənarda: 70 milyon dollar

3.Kilian Mbappe (Fransa, "Real Madrid") — 100 milyon dollar

Meydanda: 70 milyon dollar
Meydandan kənarda: 30 milyon dollar

4.Erlinq Holand (Norveç, "Mançester Siti") — 80 milyon dollar

Meydanda: 60 milyon dollar
Meydandan kənarda: 20 milyon dollar

5.Vinisius Junior (Braziliya, "Real Madrid") — 60 milyon dollar

Meydanda: 40 milyon dollar
Meydandan kənarda: 20 milyon dollar

6.Məhəmməd Salah (Misir, "Liverpul") — 55 milyon dollar

7.Sadio Mane (Seneqal, "Əl-Nəsr") — 54 milyon dollar

8.Riyad Mahrez (Əlcəzair, "Əl-Əhli") — 53 milyon dollar

9.Cud Bellinqem (İngiltərə, "Real Madrid") — 44 milyon dollar

10.Lamin Yamal (İspaniya, "Barselona") — 43 milyon dollar

11.Harri Keyn (İngiltərə, "Bavariya Münhen") — 42 milyon dollar

Tənzilə Ağabalayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru