İndoneziyada tükürpərdən hadisə: Nəhəng piton qadını uddu - FOTO - VİDEO

Bu gün, 12:14           
İndoneziyada tükürpərdən hadisə: Nəhəng piton qadını uddu - FOTO - VİDEO
İndoneziyanın Şimali Maluku əyalətində nəhəng piton 44 yaşlı Elizabet Yamalau adlı qadına hücum edib. Nəticədə qadın həyatını itirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri yazıb.

Məlumata görə, qadın gündüz vaxtı evinin yaxınlığında mal-qaraya baxmağa çıxıb. Ehtimal edilir ki, kolluqlarda gizlənən piton ona hücum edib və ayağından yapışıb. Daha sonra sürünən öz qurbanının ətrafına dolanıb və onu boğub.

Elizabet axşam evə qayıtmadıqda, 52 yaşlı əri Benyamin Lanto onu axtarmağa yollanıb. Evdən bir neçə metr aralıda o, səkkiz metrə yaxın uzunluqda nəhəng pitonu aşkar edib. Qadının cəsədinin bir hissəsi artıq ilanın ağzında olub.

Kişi arvadını xilas etməyə çalışıb və sürünəni doğrayaraq öldürüb. Lakin həmin vaxta qədər qadın artıq ölmüş olub. Köməyə yerli sakinlər gəlib və qadının cəsədini çıxarmağa kömək ediblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru