İsraildə çaqqal istirahət edən insanlara hücum etdi - Mütəxəssislərdən xəbərdarlıq
Bu gün, 11:24
İsraildə Kineret gölünün sahilində istirahət edən 9 nəfəri çaqqal dişləyib. Mütəxəssislər yoluxma riskinin yüksək olduğu barədə xəbərdarlıq ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Walla" nəşri məlumat verib.
Xilasetmə xidmətindən bildiriblər ki, 12 yaşlı qız da daxil olmaqla, 7 nəfər yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya aparılıb, iki nəfərə isə yerində tibbi yardım göstərilib.