Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...

Bu gün, 08:34           
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC (VÖEN – 2905154871) olub.
TEREF yeniavaz.com-a istinadla xəbər verir ki, İdarə təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətləri üçün “Texno Lyuks M” MMC-yə 1 milyon 790 min 255 manat 99 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.
2018-ci ildən fəaliyyət göstərən “Texno Lyuks M” MMC indiyədək yalnız Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqələrində qalib olub. “Texno Lyuks M” MMC 2022–2026-cı illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi 44,4 milyon manat dəyərində 9 tender müsabiqəsində qalib olub.
Onu da qeyd edək ki, dövlət qeydiyyatına alınan zaman “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 51, ev 37-də yerləşib. MMC-nin qanuni təmsilçisi isə Babaşov Mirağa Babakişi oğlu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru