YURİ STOYANOV BİZƏ DANIŞIRDI
Bu gün, 07:14

Teatr məktəbində oxuduğum il Vika adlı bir qız var idi. Belədə Vika elə Vika idı. Sonra o, bizi, dəlibaş aktyorları evinə dəvət etdi. Biz nə etdik? Bir az şərab və qəlyanaltı götürüb Kutuzovskidə göründük. "Adi" tələbələrin belə yerlərdə yaşamadığını anlamalı idim, amma... Biz hər cür səhnəciklər göstərir, sketçlər, zarafatlar edir, lətifələr söyləyirdik. Studiya tələbələri də elə etməli idilər. Və sonra... Qapı açılır... Orada SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnev dayanmışdı! Və bu, Vika:
Ay baba! Bax bu Yuradır! O, sənin haqqında çox gülməli təəssürat yaradır!
Bütün qısa həyatım gözlərimin önündən keçdi və Maqadanın Moskvadan o qədər də uzaqda olmadığı və insanların orada da yaşadığı fikri ağlıma gəldi.
Və İliç gözlərini qıyaraq dedi:
"Yəni, Yura. Bizə bir şey göstər." Mən, mən dolaşan dilimlə, bir növ, xatırlaya bilmədiyim, ədəbli və gülməli olmayan bir zarafatla, "çulumu sudan çıxartdım". O, fasilə verib dedi: "Leonid İliçi təqlid etməyə çalışma. Mən daha gülməliyəm."
Sergey Nikolaev
TEREF

