Aİ-dən Putinə sərt mesaj: “Rusiya qalib gələ bilməyəcəyini anlayana qədər təzyiqi artıracağıq”

Bu gün, 08:24           
Aİ-dən Putinə sərt mesaj:
Avropa İttifaqı Rusiyanın Kiyevə həyata keçirdiyi son genişmiqyaslı hücumdan sonra Moskvaya qarşı yeni sanksiyalar hazırladığını açıqlayıb.

Sherg.az-ın məlumatına görə, Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən əlavə qurumların sanksiya siyahısına daxil edilməsi təklif olunacaq.

Onun sözlərinə görə, Ukraynaya hərbi dəstək və Rusiyaya təzyiq davam etdiriləcək: “Rusiya qalib gələ bilməyəcəyini anlayana qədər təzyiqi artırmağa davam edəcəyik”.

Ukrayna tərəfi Rusiyanın son hücum zamanı ölkəyə 74 raket və 496 pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyini açıqlayıb. Aİ isə Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə ayrılmış 90 milyard avroluq maliyyə paketi çərçivəsində Kiyevə daha 6 milyard avro vəsait köçürüldüyünü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru